“Baku Steel Company”də QƏZA: 4 fəhlə yandı (YENİLƏNİB)

“Baku Steel Company”də QƏZA: 4 fəhlə yandı (YENİLƏNİB)
16:53 3 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Publika.az-a bildirib ki, zavodda yanğın sentyabrın 29-da baş verib.

“Həmin gün təcili yardım üç nəfərə yardım göstərib. Onlardan ikisi Respublika Yanıq Mərkəzinə yerləşdirilib.Birinə isə yerindəcə yardım göstərilib, xəstəxanaya yerləşdirməyə ehtiyac olmayıb.Bizdən əvvəl isə zavod rəhbərliyi özü bir nəfəri xəstəxanaya aparıb”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirdilər ki, hadisə nəticəsində Respublika Yanıq Mərkəzinə 3 nəfər yerləşdirilib. Hazırda onların vəziyyəti ağırdır.

***

16:27

Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb.

Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur.

Həmin şəxslər 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. (report)

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/170778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR