Şəkinin baş Şabalıd kənd sakinləri təşviş içində.

Təəccüblənməyin. Vəziyyət bunu göstərir. Çünki ayılar tez-tez dağdan enərək kənddə dolaşırlar. Gün qaralan kimi hamı ev-eşiyinə yığışır, mal-qaranı tövləyə salır. Çünki bilirlər ki, həyətə və ya bağa çıxsalar, hər an ayı ilə qarşılaşa bilərlər...

ARB Şəki xəbər verir ki, kəndin coğrafi mövqeyinin dağlara yaxın olması vəhşi heyvanların da işini asanlaşdırır. Azuqəsini dağda təmin edə bilməyən heyvanlar məcbur olub kəndə enirlər. Qarşılarına da nə çıxsa, hücum edirlər. Elə ötən gün yaşanan hadisə kimi. Şabalıd bağına gələn kənd sakini Şahin Qədimovun qarşısına kolluqların arasından qəfil çıxan ayı onu əməlli-başlı əzişdirib.

Sakinlərin sözlərinə görə, ötən illərdə bu cür hadisələrlə nadir hallarda rastlaşıblar. Ancaq əvvəllər vəhşi heyvanlar daha çox sahədəki mal-qaranı yeyirdisə, bu il heyvanların sahəyə çıxarılmaması onları bağlara yönəldib. Nəticədə isə...

ETSN-in Şəki Ərazi şöbəsinin müdiri Namiq Yusibov isə hesab edir ki, ayıların çoxalmasının əsas səbəbi əhalinin məişət tullantılarını çay yataqlarına, dağların ətəyinə atmasıdır. Nəticədə ac qalan vəhşi heyvanlar qarınlarını doydurmaq üçün kəndlərə enirlər. Digər tərəfdən, əhali sayı artıqca dağların, meşələrin yaxınlığında evlərin, bağların sayı da artır. Nəticə də bu cür hallar yaşanır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ayıların əlindən cana yığılan Azərbaycan kəndi - "Gördüm ki, tut yeyir" - VİDEO - FOTOAyıların əlindən cana yığılan Azərbaycan kəndi -

Ayıların əlindən cana yığılan Azərbaycan kəndi - "Gördüm ki, tut yeyir" - VİDEO - FOTO