Bakıda 42 yaşlı kişi boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya gətirilib

Bakıda 42 yaşlı kişi boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya gətirilib
02:47 4 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Paytaxtın Binəqədi rayonunda qanlı hadisə baş verib.
"Report"un məlumatına görə, 42 yaşlı Azər Məmmədov rayonun 8-ci mkr ərazisindən boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya gətirilib.
Yaralı dərhal əməliyyat edilib və hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisə yerinə gəliblər.
Azər Məmmədov həkimlərə özü özünə xəsarət yetirdiyini bildirib. Lakin onun ifadəsinin düzgün olub-olmaması polisin apardığı araşdırmaların yekununda məlum olacaq.
Faktla əlaqədar cinayət işi başlanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-42-yasli-kisi-bogaz-nahiyesinin-kesilmis-xesareti-ile-xestexanaya-getirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR