“Azercell” “Hədsiz” tarif paketində yenilik edib

“Azercell” “Hədsiz” tarif paketində yenilik edib
18:52 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkətinin “Hədsiz” tarif planının abunəçiləri oktyabrın 4-dən etibarən Fransa, Almaniya, Çexiya, Avstriya və İspaniyada rouminqdə olarkən 15% edirimdən yararlana biləcəklər.
Şirkətdən “Report”a bildirilib ki, tətbiq olunan endirim nəticəsində abunəçilər hər zəngin 1 dəqiqəsi üçün 1,30 manat, hər 1MB mobil internet uçün isə cəmi 3 manat ödəyəcəklər.
“Azercell”in bu enidirmi rouminqdə olarkən edilən zənglər və mobil internetdən istifadə üçün tətbiq edilir.
Xatırladaq ki, şirkət 2014-cü ildən etibarən “Fakturalı Xətt” abunəçiləri üçün “Hədsiz” tarif paketini istifadəyə verib. Sözügedən tarif paketinə qoşulmaqla "Azercell" müştəriləri aylıq 49,90 manat abunə haqqı müqabilində endirimli xidmətlərdən yararlana bilirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR