Zığ və Masazırda sürüşmə aktivləşdi: Qaraçuxurda çökmələr baş verdi

Zığ və Masazırda sürüşmə aktivləşdi: Qaraçuxurda çökmələr baş verdi
11:27 5 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

"Zığ-1 sürüşmə sahəsində prosesin dinamikasında aktivlik qeydə alınıb".

Milli.Az bildirir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, Qaraçuxur sürüşmə sahəsində lokal çökmələr baş verib: "Eyni zamanda, Masazır sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən prosesin dinamikasında aktivlik müşahidə olunub".
 
Ə. Qaralov qeyd edib ki, Bayıl sürüşmə sahəsində monitorinq işləri davam etdirilib, ay ərzində prosesin dinamikasında aktivlik qeydə alınmayıb: "Badamdar sürüşmə sahəsinə istinad divarlarında yerləşdirilmiş mayaklarda çatlar və deformasiyalar müşahidə edilməyib. Əhmədli-1, Əhmədli-2, Əhmədli-Günəşli arası sürüşmə sahələrində aktivlik müşahidə edilməyib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR