Korrupsiyaya qarşı mübarizə üçün - Yeni qanunlar

Korrupsiyaya qarşı mübarizə üçün - Yeni qanunlar
11:57 5 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndiriləcək.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bununla bağlı Milli Məclisdə yeni qanun layihələrinin qəbul edilməsi gözlənilir. Mübarizə tədbirləri əksər sferaları əhatə edəcək.

Belə ki, bundan sonra tender əməliyyatlarının həyata keçirilməsində şəffaflığın gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçiriləcək. Xüsusilə külli miqdarda vəsaitlərlə müşayiət olunan alqı-satqı əməliyyatlarının, dövlət sifarişlərinin yerinə yetirilməsinə mühüm nəzarət tədbirləri olacaq. 
Həmçinin mübarizə təmir-tikinti sferasında həyata keçirilən işləri də əhatə edəcək. Beləliklə də həmin sahəyə çəkilən xərclərin miqdarını müəyyənləşdirmək asanlaşacaq.

Mili.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR