Bakı Uşaq Teatrında “Günahsız Günahkarlar” tamaşası təqdim olunacaq

Bakı Uşaq Teatrında “Günahsız Günahkarlar” tamaşası təqdim olunacaq
15:57 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakı Uşaq Teatrında oktyabrın 7-də “Günahsız Günahkarlar” tamaşası təqdim olunacaq.
Bu barədə "Report"a teatrdan məlumat verilib. 
İnsan alverinə qarşı mübarizədən bəhs edən tamaşa Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb.
Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.
Tamaşa gənclər arasında məşhur olan “mafiya oyunu” üzərində qurulub.
Xatırladaq ki, Bakı Uşaq Teatrı maarifləndirici tamaşaların hazırlanmasında çoxillik təcrübəyə malikdir. Səhnə əsərində aktyorlar Könül Şahbazova, İlhamə Əhmədova, Niyaz Qasımov, Cavanşir Məhərrəmov və başqaları iştirak edəcəklər.
Qeyd edək ki, tamaşa Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət sarayında nümayiş olunacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR