Maliyyə naziri Samir Şərifov IMF və Dünya Bankının illik toplantısında iştirak edəcək

Maliyyə naziri Samir Şərifov IMF və Dünya Bankının illik toplantısında iştirak edəcək
11:17 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Oktyabrın 6-9-da Vaşinqtonda (ABŞ) Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun birgə illik toplantısı keçiriləcək. Toplantıda Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Bu barədə “Report”a Maliyyə Nazirliyinin mətbuat xidmətinbdən məlumat verilib.
IMF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı günlərində qlobal iqtisadiyyatın cari vəziyyəti və gələcək inkişafın əsas istiqamətləri, yoxsulluğun aradan qaldırılması və maliyyə yardımının səmərəliliyi, o cümlədən dünya iqtisadiyyatı qarşısında olan çağrışlarla bağlı müzakirələr aparılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR