İsgəndər Xəlilov "Nikoil Bank"ın rəhbərliyindən getdi

İsgəndər Xəlilov "Nikoil Bank"ın rəhbərliyindən getdi
10:39 7 Oktyabr 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

5 oktyabr 2016-cı il tarixində "Nikoil Bank"ın səhmdarlarının növbədənkənar ümumi yığıncağında İsgəndər Xəlilov öz xahişi ilə Müşahidə Şurasının sədri vəzifəsindən azad olunub.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, səhmdarlar Marina Kulişovanın Müşahidə Şurasının sədri təyin edilməsi barədə qərar qəbul ediblər. O, bankın  transformasiyası mərhələsində onun daha keyfiyyətli inkişaf səviyyəsinə qaldırılması prosesinə rəhbərlik edəcək.

 

Eyni zamanda İvan Romanovskiy Müşahidə Şurasının üzvü təyin edilməsi barədə qərar qəbul edilib.

 

Müşahidə Şurasının tərkibindən çıxmasına baxmayaraq, İ. Xəlilov  bankın səhmdarlarından biri olaraq qalır.

 

Beləliklə Müşahidə Şurasının tərkibi aşağıdakı qaydada təsdiq edilib:

 

Sədr:

 

Kulişova Marina Valeryevna

 

Üzvlər:

 

•        Romanovskiy İvan Vladimiroviç

•        Sazonov Aleksey Valeryeviç

•        Suxoruçkin Pavel Aleksandroviç

•        Novikov Roman Vitalyeviç

 

Səhmdarlar, Müşahidə Şurası və menecment bankın tərəqqisi və inkişafına verdiyi töhfəsinə görə İsgəndər Xəlilova minnətdarlığını bildiriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR