DÇ-nin seçmə mərhələsi: Azərbaycan millisi Norveçlə qarşılaşır - 0:0

DÇ-nin seçmə mərhələsi: Azərbaycan millisi Norveçlə qarşılaşır - 0:0
20:12 8 Oktyabr 2016
239 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandası 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Norveç yığması ilə qarşılaşır.
"Report"un məlumatına görə, matç Bakı Olimpiya Stadionunda keçirilir.
"C" qrupunda keçirilən görüş baş məşqçi Robert Prosineçkinin rəhbərlik etdiyi komanda üçün hazırkı mövqeyini qorumaq və yola uğurla davam etmək baxımından yaxşı imkan yaradır. İlk görüşdə səfərdə San Marino yığmasına qalib gələn (1:0) milli komanda ev oyunundan da qələbə ilə ayrılacağı təqdirdə ən azı qrup ikinciliyini qorumuş olacaq.
Bununla komandalar 5-ci dəfə üz-üzə gələcək. Komandalar ilk dəfə 1998-ci ildə Fransada keçirilmiş dünya çempionatının seçmə qrup mərhələsində bir-birinə rəqib olub. 1996-cı il iyunun 2-də Norveçdə baş tutmuş görüşdə meydan sahibləri böyükhesablı qələbə qazanıb - 5:0. 1997-ci il sentyabrın 6-da Bakıdakı cavab oyununda Norveç yığması 1:0 hesbalı qələbə sayəsində aktivinə 3 xal yazmağı bacarıb. Növbəti dəfə də Fransanın ev sahibliyi etdiyi turnirin seçmə mərhələsində komandaların yolları yolları kəsişib. AVRO-2016-ya gedən yolda Norveç iki oyundan 4 xal qazanıb. 2014-cü il noyabrın 16-da Norveçdə baş tutmuş görüşdə yenə meydan sahibləri minimal hesablı qələbə qazanıb - 1:0. 2015-ci il iyunun 15-də baş tutmuş cavab oyununda isə hesab açılmayıb.
Dünya çempionatı, seçmə qrup mərhələsi, II tur
20:00. Azərbaycan - Norveç
Baş hakim: Liran Liani
Yan xətt hakimləri: David Elyas Bitton, Nissan Davidi
Dördüncü hakim: Eytan Şmuelevits (hamısı İsrail)
UEFA nümayəndəsi: Çarles Şaak (Luksemburq)
Bakı. Bakı Olimpiya Stadionu
Qeyd edək ki, milli komanda növbəti oyununu oktyabrın 11-də səfərdə Çexiyaya qarşı keçirəcək.
Komandalar Oyun Q B M T-F Xal Almaniya 1 1 0 0 3 3 AZƏRBAYCAN 1 1 0 0 1 3 Çexiya 1 0 1 0 0 1 Şimali İrlandiya 1 0 1 0 0 1 San Marino 1 0 0 1 -1 0 Norveç 1 0 0 1 -3 0

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR