İmişlidə qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb

İmişlidə qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb
04:08 10 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişlidə qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, onlardan qanunsuz yolla ovlanmış çöl quşları və xeyli miqdarda sursat aşkar edilib.

Daxili işlər Nazirliyi Baş ictimai təhlükəsizlik idarəsi və İmişli rayon poliş şöbəsinin əməkdaşları qanunsuz ovun qarşısının alınması məqsədi ilə İmişli rayonun çöl ərazilərində reydlər həyata keçirib. Reydlər zamanı müxtəlif yerlərdə qanunsuz ovla məşğul olan şəxslər aşkar edilib. Bəzi brokonyerlər silahlarını və ovladıqları quşları əraziyə ataraq qaçıb.

Reyd zamanı iki nəfər brokonyer - İmişli rayon sakinləri, Sadıqov Qədim və Baxşəliyev Ülvi polis əməkdaşları tərəfindən saxlanlıb. Reyd zamanı iki ədəd qoşa lülə, bir ədəd beşaçılan, bir ədəd tək lüləli ov tüfəngləri polis əməkdaşları tərəfindən sənədləşdirilərək götürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR