"İcbari tibbi sığortanın baza zərfinə 1800-dən artıq tibbi xidmət daxil edilib"

"İcbari tibbi sığortanın baza zərfinə 1800-dən artıq tibbi xidmət daxil edilib"
14:12 10 Oktyabr 2016
15 Ölkə
Ölkə mətbuatı
A- A+

İcbari tibbi sığortanın baza zərfinə 1800-dən artıq müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bunu bu gün Yevlax rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı keçirilən tədbirdə İTSDA-nın direktoru Zaur Əliyev qeyd edib.

O bildirib ki, 2016-cı ilin fevralından fəaliyyətə başlayan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması hökumətin sosial siyasətinin yeni istiqamətidir: "Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi əsas məsələlərdən biridir. İcbari sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissədir. Çünki İcbari Tibbi sığortanın tətbiqi səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək".

Z.Əliyev bildirib ki, Agentlik İcbari Tibbi Sığortanın baza zərfini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib: "Baza zərfinə təqribən 1800-dən artıq müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Lakin dövlət proqramları tərəfindən dəstəklənən bir sıra xəstəliklərin müalicəsi İTS-in baza zərfinə daxil edilməyib. Gələcək illərdə həmin xəstəliklər üzrə də təminat vermək nəzərdən keçirilir. Ümid edirik ki, layihə bu rayondan uğurla başlayacaq və qısa zamanda bütün ölkə ərazisində tətbiq olunacaq".

Səhiyyə Nazirliyinin nümayəndəsi Viktor Qasımov səhiyyə sahəsində aparılan islahatlardan söhbət açaraq qeyd edib ki, Yevlax dövlət xəstəxanasının maddi-texniki bazası gücləndirilib: "İTS-in tətbiqi yeni maliyyə mənbələrinin yaradılmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə dəstək verəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/477946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR