ənab Qorbaçov, bu divarları dağıdın”, 1987-ci ildə Berlin divarının qərbindən şərqinə boylanan Reyqanın bu çağırışından üç il sonra Avropanı ikiyə bölən hasarlar uçuruldu. Demokratiya, insan azadlığı qalib gəlmişdi, əsarət bitmişdi. Uçan hasarın daşlarını tapdalayıb keçən almanlara əl çalan Avropa belə hesab edirdi.

25 il öncə Berlin divarını uçurdanlar indi yeni hasarlar ucaldırlar. Bu dəfə müsəlmanlara qarşı.

Avropanın qürubu: Sizi dininizi dəyişmək belə xilas etməyəcək

2010-cu ildə başlanan “ərəb baharı”ndan sonra müsəlman coğrafiyası ciddi kataklizmlər dövrünə qədəm qoydu. Suriyada hər şey pik həddə çatdı və Qərb istehsalı olan bombalardan qaçan müsəlmanların miqrant köçü başladı. Avropa pənah yeri idi. Lakin qaçanlar onları gözləyən Avropanı yaxşı tanımırdılar...

Bütün müsəlmanları öldürün”.

Avropa küçələrini bu şüarlar bəzəməyə başladı. “PEGİDA” (Qərbin İslamlaşmasına Qarşı Vətənsevər Avropalılar) 2015-ci ildə Praqada toplantı keçirdi və orada Yaxın Şərqdən və Afrika çöllərindən Avropaya axın edən müsəlman miqrantlara qarşı etiraz aksiyalarının keçirilməsi qərara alındı.Praqa Deklarasiyası” adlanan sənədi qəbul edənlər “Avropanın İslamlaşdırılmasına qarşı savaşmaq hamımızın ortaq məqsədidir” deyə bəyan etdilər.

Avropanın qürubu: Sizi dininizi dəyişmək belə xilas etməyəcək

Müsəlmanların məhvinə qarşı şüarlar əvvəlcə millətçilər tərəfindən səslənsə də, daha sonra rəsmilər də eyni şüarların əsirinə çevrildi.

Miqrantları dənizə tökün, qanunları tapdalayın. Boğulub, boğulmayacaqları məni maraqlandırmır”.

Belçikanın miqrantlarla iş üzrə naziri Theo Françen belə deyir.

“İnsan ovu”

Lakin Avropa təkcə müsəlmanları dənizə tökməklə kifayətlənmir, onlar “miqrant ovu”na çıxırlar.

PEGİDA-nın rəhbərlərindən olan 52 yaşındakı Almaniya vətəndaşı Tatyana Festerlinq və onun dəstəsi Türkiyə-Bolqarıstan sərhədində qeyri-qanuni yollarla Avropaya getmək istəyən miqrantları təqib edirlər. Onun dəstəsində keçmiş hərbiçilər də var. Təqib edərək tutduqları miqrantları bolqar polisinə təslim edirlər. Və bundan həzz aldıqlarını gizlətmirlər də.

Avropanın qürubu: Sizi dininizi dəyişmək belə xilas etməyəcək

“Daly Meyl” nəşri yazır ki, 2100-cü ildə varlılar arasında ən məşhur məşğuliyyət insan ovu olacaq. Görünür, bu dövr artıq Avropada başlayır.

“Aclıq oyunları”

Lankaşira Mərkəzi Universitetinin professoru Deniel Rayt (Daniel Wright) və onun həmkarları isə hesab edirlər ki, təxminən 2200-ci ildə insan ovu məşhur “Aclıq oyunları” filmindəki kimi populyar olacaq.

Miqrant düşərgələrindəki vəziyyət əsl “Aclıq oyunları” filmini xatırladıq. Yunanıstanda 14 min miqrantın qaldığı düşərgədə ərzaq üstündə insanların bir-birinə hücum çəkməsi, gözünü çıxarması Avropanın vicdanının göstəricisidir.

Məscidlər murdarlanır

Miqrant düşərgələrinə edilən hücumların sayı isə hər gün artmaqdadır. Almaniya təhlükəsizlik xidmətlərinin verdiyi məlumatlara görə, bu ölkədəki düşərgələrə 2014-cü il ərzində 199 hücum edilib. 2015-ci ildə bu rəqəm 1031-ə yüksəlib. 2016-ci ilin başlanğıcından bugünə qədər qaçqın düşərgələrinə 750 hücum qeydə alınıb.

Avropanın qürubu: Sizi dininizi dəyişmək belə xilas etməyəcək
Düşərgələrlə yanaşı, məscidlərə də hücumlar edilir. Və hücum edənlər məscidləri murdarlayır və ora donuz tullantıları atırlar. Bu, Avropada “vicdan azadlığı”nın səviyyəsini göstərir.

Nasistlər gün üzünə çıxır

Almaniyanın federal kriminal xidmətinin prezidenti Holqer Myunx “Tagesspiegel” nəşrinə müsahibəsində bildirib ki, 1998-ci ildən 2011-ci ilə qədər Almaniyanın hər yerində miqrantları öldürən radikal sağçıların “zirzəmilərdən çıxması” riski artır.

Müsəlmanlara edilən hücumların arxasında nasistlərin olması faktı da bunu deməyə əsas verir.

Nasizmin qayıtdığı Avropa həm də orta əsrlərə geri dönür. Ərəblərin Əndəlusa hücumu zamanı “Bütün müsəlmanları ucdantutma məhv edin, hətta xristianlığı qəbul etmişləri belə. Qoy Allah özü onlarla haqq-hesab çəksin” çağırışlarını tarix unutmayıb.

Avropanın qürubu: Sizi dininizi dəyişmək belə xilas etməyəcək

Əlidəyənəkli demokratlar