"Çalışacağıq bu sindromu qıraq" - çexiyalı futbolçu

"Çalışacağıq bu sindromu qıraq" -   çexiyalı futbolçu
21:17 10 Oktyabr 2016
72 İdman
Ölkə mətbuatı
A- A+

Çexiya yığmasının hücumçusu Ladislav Kreyçi sabah millimizlə baş tutacaq dünya çempionatının seçmə qrup mərhələsi matçı öncəsi jurnalistlərin suallarını cavablandırıb. 


Fanat.Az xəbər verir ki, Kreyçi təzyiq hiss etmədiklərini bildirib:"Sabahkı görüşdə xal qazanacağımıza inanıram. Əvvəlki oyunlarda qələbə üzünə həsrət idik. Çalışacağıq bu sindromu qıraq. Azərbaycanın 2 oyunda 6 xal toplaması bu komandanın səviyyəsinin göstəricisidir. Üzərimizdə təzyiq hiss etmirik. Sadəcə, bacardığımız ən yaxşı ortaya qoyub, qalib gəlməliyik. Rəqibin etibarlı müdafiə xətti var. Əla əks-hücumlar qurmağa qadirdilər. Özümüzə gəlincə, qol vurmamağımızı ilk oyunda bəxtsizliklə bağlayardım. İkinci qarşılaşmada isə buna gücümüz çatmadı". (futbolinfo.az)



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR