“Hizbullah” lideri ABŞ-ı İŞİD-i dəstəkləməkdə suşladı

“Hizbullah” lideri ABŞ-ı İŞİD-i dəstəkləməkdə suşladı
00:32 12 Oktyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ rəhbərliyi Suriyadakı münaqişəni dərinləşdirmək və ölkəni parçalamaq məqsədilə İŞİD terror qruplaşmasını silahlandırır və maliyyələşdirir.   

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu "Əl-Manar" telekanalına müsahibəsində Livanın "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullah bildirib.   
 
"Çox guman ki, ABŞ administrasiyası vəziyyəti daha da gərginləşdirmək üçün terrorçulara dəstəyini genişləndirəcək. ABŞ-ın hazırda məqsədi İŞİD terrorçularını Rəqqada və İraqla həmsərhəd Deyr-əz-Zorda cəmləşdirməkdir", deyə Nəsrulla qeyd edib.     
 
"Hizbullah" lideri hesab edir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya ordusunun Deyr-əz-Zor yaxınlığındakı mövqelərinə zərbələri İŞİD-ə dəstək məqsədilə endirib: "Məqsəd Deyr-əz-Zor şəhərini və hərbi aerodromu ələ keçirməkdə  İŞİD-ə yardım etməkdir".
 
"Yaxın gələcəkdə siyasi həll gözlənilmir. Əksinə, münaqişə və qarşıdurma daha da dərinləşə bilər", - deyə Nəsrulla qeyd edib.  
 
Qeyd edək ki, "Hizbullah" hərəkatı Suriyada münaqişə başlayandan terror qruplaşmaları ilə döyüşür.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR