Bakıda ər arvadını şişlədi - ŞOK

Bakıda ər arvadını şişlədi - ŞOK
11:13 12 Oktyabr 2016
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xətai rayonunda ər və arvad arasında mübahisə qanlı sonluqla bitib.

Naximov küçəsində yaşayan 26 yaşlı Qızbəs Məmmədova ilə həyat yoldaşı arasında mübahisə düşüb. Ər əvvəlcə arvadını döyüb, sonra isə şişlə ona xəsarət yetirib. Yaralı qonşuların çağırdığı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

3 saylı Şəhər Kliniki Xəstəxanasının həkimi Seymur Məmmədov bildirib ki, Qısbəs Məmmədovanın bədənində 6 deşilmiş yara olub.

Hadisə barədə Xətai Rayon Polis İdarəsinə məlumat verilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir. (musavat)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR