"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, bu ilin iyun ayında R.Məlikov Nəsimi rayonu ərzisində 6 qadına qarşı soyğunçuluq etməkdə təqsirli bilinib. O, həmin qadınların qızıl-zinət əşyalarını ələ keçirməkdə şübhəli bilinərək, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb. R.Məlikov Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunur.