"Report" xəbər verir ki, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, Rus provaslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının başçısı Aleksandr Ata, Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev və digər icmaların rəhbərləri də iştirak edir: "Bu da Azərbaycanda müxtəlif dinlərin bir-birinə dözümlülüyünün nümayişidir. Bizdə məzhəblərarası da ziddiyyət yoxdur. Bu gün məscidlərdə əhli-şiə ilə birlikdə əhli-sünnənin də nümayəndələri iştirak edirlər. Bu da Azərbaycan xalqının yüksək intellekt və mədəniyyətə sahib olduğunu göstərir".