Nazarbayevin qızı atasının səhhəti haqqında açıqlama verib

Nazarbayevin qızı atasının səhhəti haqqında açıqlama verib
10:05 13 Oktyabr 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstan prezidenti Nursultan Nazarbayev özünü yaxşı hiss edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə prezidentin qızı Dariqa Nazarbayeva deyib.
 
"Vəziyyəti xeyli yaxşılaşıb", - deyə D. Nazarbayeva qeyd edib.
 
Qeyd edək ki, Qazaxıstan prezidentinin mətbuat xidməti N. Nazarbayevin soyuqdəymə ilə əlaqədar müalicə olunduğunu bildirib. Bu səbəbdən onun bütün beynəlxalq səfərləri həftə sonuna kimi təxirə salınıb.
 
N. Nazarbayevin oktyabrın 12-də Azərbaycana, oktyabrın 14-də isə Ermənistana səfəri nəzərdə tutulurdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR