"Sent-Etyen"in baş məşqçisi: "Qəbələ" xal itirə bilər"

"Sent-Etyen"in baş məşqçisi: "Qəbələ" xal itirə bilər"
13:17 15 Oktyabr 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

"Qələbə qazanmalıyıq. Bunu edə bilsək, 9 oyuna 15 xal toplamış olacağıq. Bu halda mövsümün yarısında 30 xala çata bilərik". Bunu "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye klubun saytına müsahibəsində deyib.


50 yaşlı mütəxəssis müsahibəsində oktyabrın 20-də Fransada "Qəbələ" ilə keçiriləcək Avropa Liqasının III tur matçından da danışıb: "Qəbələ" ilə ardıcıl iki oyun keçirəcəyik. Ötən mövsüm "Dnepr"lə (Ukrayna) ardıcıl iki oyun keçirdik və hər iki görüşdə qələbə (1:0, 3:0) qazandıq. "Qəbələ" ilə baş tutacaq hər iki görüş həlledici rol oynayacaq. Ancaq "Qəbələ" xal itirə bilər".


Qeyd edək ki, oktyabrın 20-də Fransada keçiriləcək "Sent-Etyen" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.("Report")


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR