“Azərsu” Bakının bəzi küçələrində kanalizasiya sisteminin daşmasının səbəblərini açıqlayıb

“Azərsu” Bakının bəzi küçələrində kanalizasiya sisteminin daşmasının səbəblərini açıqlayıb
13:57 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ “Bakıda yağan intensiv yağışın fəsadlarının aradan qaldırılması üçün operativ işlər görülür”.
Bunu “Report”a açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı deyib.
Onun szölərinə görə, hazırda “Azərsu”nun, Fövqəladə Hallar Nazirliyinin və “Azəravtoyol”un rəsmiləri fəsadların baş verdiyi ərazilərdədirlər: “İntensiv yağışlar nəticəsində müəyyən küçələrdə, xüsusən də Biləcəri qəsəbəsinin bəzi hissələrində, Ziya Bünyadov prospektində, Yeni Yasamaldakı küçələrdə su yığılmaları müşahidə olunur. Yağıntılar intensiv olduqda kanalizasiya şəbəkələri artıq suyu axıda bilmir və kənarda su gölməçələri yaranır. “Azərsu”nun xüsusi texnikaları və FHN-in yanğınsöndürənləri fəsadları aradan qaldırmağa çalışır”.
A.Cəbrayıllı Bakının bəzi yerlərində kanalizasiya lyuklərinin fontan vurmasına da münasibət bildirib. O deyib ki, küçələrdəki çirkab suları və digər tullantılar birbaşa kanalizayaya şəbəkəsinə axıdılır: "Bununla da şəbəkə intensiv yağışlar zamanı tam yüklənir. Haradakı aşağı çökək nöqtələr varsa su ora yığılır və şəbəkə tam gücü ilə işləsə belə, çatdıra bilmir. Ona görə də qapaqlar kənara atılır. Belə hallar Biləcəri qəsəbəsində, Ziya Bünyadov prospektində və bir neçə ünvanda qeydə alınıb. Bu da xəttin tutulması ilə bağlı deyil. Sadəcə xətt dolur və qarşısı aparmır təzyiqdən qapaq atır”.  

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azersu-bakinin-bezi-kucelerinde-kanalizasiya-sisteminin-dasmasinin-sebeblerini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR