Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni ixtisasartırma proqramları fəaliyyətə başlayıb

Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni ixtisasartırma proqramları fəaliyyətə başlayıb
14:32 17 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası İdman sahəsində çalışan mütəxəssislər və bu aləmə addım atmaq istəyənlər üçün peşəkar təlim və inkişaf proqramlarına start verib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  "Report"a verilən məlumata görə, yeni ixtisas proqramlarının təqdimatına həsr olunmuş tədbirdə idman federasiyalarının rəsmiləri, idman ictimaiyyətinin tanınmış nümayəndələri, xarici idman mütəxəssisləri və akademiyanın müəllim və professor heyəti iştirak edib.
İxtisasartırma Proqramları dünyanın aparıcı universitetlərinin təcrübəsindən yararlanaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təsis edilib. İxtisasartırma Proqramları idman sahəsində çalışan mütəxəssislərə, eləcə də bu aləmə qoşulmaq istəyən hər kəsə peşəkar təlim proqramlarını təklif edir. İxtisasartırma Proqramlarının missiyası yerli və xarici idman mütəxəsislərinin iştirakı ilə elmi və praktiki təlim proqramlarını təşkil etməklə idman aləmində çalışan peşəkarları və bu sahəyə yenicə qoşulan gənc mütəxəssisləri səmərəli fəaliyyətə ruhlandırmaq və onlara yüksək səviyyəli tədris verməkdir.
Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru Fuad Hacıyev son 9 ayda tədris müəssisəsində gedən yenidənqurma və təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlərindən söhbət açıb. Rektor qeyd edib ki, təmir və yenidənqurma işləri ümumi sahəsi 7500 kv.m.-dən artıq olan sahədə aparılıb. Bura elektron kitabxana və muzey, yeni kitab fondu, tələbə mərkəzi, kafedralar, inzibati otaqlar, müasir kafe və tibb məntəqəsi, tədris auditoriyaları, təlim mərkəzi və s. daxildirlər. Akademiyanın binasında bütün kommunikasiyalar (istilik, havalandırma və soyutma sistemləri, internet xətləri, elektrik, su və kanalizasiya sistemləri) yenidən qurulub, Akademiya müvafiq mebel və avadanlıqlarla təmin edilib. Müəllim və tələbə heyəti üçün elektron buraxılış və nəzarət sistemi yaradılıb, təhlükəsizliyin təmin edilməsi məqsədilə elektron tələbə bileti istifadəyə verilir. Akademiyada həmçinin abadlıq və landşaft işləri də yekunlaşmaq üzrədir.
Fuad Hacıyev bildirib ki, Akademiyada tədrisin keyfiyyətinin qaldırılması və tələbələrin biliyinin qiymətləndirilməsi prosesində şəffaflığın təmin edilməsi məqsədilə bir sıra müvafiq işlər görülüb: "O cümlədən idman təhsili sahəsində beynəlxalq təcrübə öyrənilib, inkişaf etmiş ölkələrinin bir sıra universitetləri ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurulub, tədris prosesində beynəlxalq SCORM standartını dəstəkləyən “Online University” sistemi adaptasiya edilib. Qeyd etmək lazımdır ki, bu sistem əyani dərslər və imtahanlardan başqa, həmçinin distant təhsil funksiyasına malikdir, tələbələr üçün dünyanın aparıcı universitetlərin kitabxana və elektron bazalarından istifadəni mümkün edir.”
Tədbirdə ADBTİA-nın Strateji İnkişaf Qrupunun rəhbəri, İxtisasartırma Proqramlarının meneceri, beynəlxalq idman mühitində tanınmış və İxtisasartırma Proqramlarında təlimçi olaraq fəaliyyət göstərəcək Amanda Brüyer (Amanda Brewer) və Dən Meyson (Dan Mason) çıxış ediblər. Çıxışlar zamanı “İdman menecmenti”, “İdman marketinqi və sponsorluğu”, “İdmanda düzgün qidalanma”, “İdman jurnalistikası”, “İdman psixologiyası”, “İdmanda ingilis dili” və digər qısamüddətli təlim proqramları, eyni zamanda “Beynəlxalq Fitnes Təlimatçısı”, “Tətbiqi kineziologiya” və “İdman travması profilaktikası və reabilitasiyası” üzrə beynəlxalq sertifikat proqramları təqdim olunub.
Eyni zamanda, Strateji İnkişaf Qrupunun Rəhbəri, Müşavir Şəms Mustafayeva ADBTİA-nın Strateji İnkişaf Hədəfləri , ADBTİA Proqram Meneceri Tükəzban Cəfərova İxtisasartırma Proqramlarının Təqdimatı haqqında məlumat veriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

AST Telmanın otelində işçilər maaş ala bilmir - QALMAQAL

22 Sentyabr 2017 10:04

Türkiyənin ən gözəl qızı seçildi – FOTO

22 Sentyabr 2017 10:03

Tailanda partlayış törədilib: 4 hərbçi ölüb, 6 nəfər yaralanıb

22 Sentyabr 2017 10:02

"Qarabağ"- "Roma" matçına

22 Sentyabr 2017 09:59

Fatih Terim Türkiyə Futbol Federasiyasından 3,5 milyon avro təzminat istəyir

22 Sentyabr 2017 09:57

"Qarabağ"a qol vuran futbolçu qəzaya düşdü

22 Sentyabr 2017 09:57

Bakıda yataqxana yanır

22 Sentyabr 2017 09:55

Azərbaycanlı məşhur rusiyalı müğənni ilə şərik olur

22 Sentyabr 2017 09:53

Dirsəklərinizə limon sürtün

22 Sentyabr 2017 09:52

Hakkaridə silahlı qarşıdurma: ölən və yaralananlar var

22 Sentyabr 2017 09:48

Gürcüstandan gələn şəxsin avtomobilində pirotexniki vasitə və fişənglər aşkar edilib

22 Sentyabr 2017 09:47

Çexiya millisinin futbolçusu zədə üzündən Azərbaycan yığmasına və "Qarabağ"a qarşı oynaya bilməyəcək

22 Sentyabr 2017 09:47

SOCAR 7 ayda Gürcüstana 730 mln. kubmetr qaz nəql edib

22 Sentyabr 2017 09:47

ABŞ və Rusiya generalları bir araya gəldi - İLK DƏFƏ

22 Sentyabr 2017 09:43

Azərbaycan nefti yenidən

22 Sentyabr 2017 09:43

Astanadan Bakıya gələn sərnişinin çantasında "beşbarmaq" aşkar olunub

22 Sentyabr 2017 09:42

Məşhur müğənninin özündən 20 yaş kiçik sevgilisi hamilədir - FOTO

22 Sentyabr 2017 09:38

İran-İraq müharibəsinin başladığı gündür

22 Sentyabr 2017 09:38

Düşmən cəbhədə atəşkəsi 128 dəfə pozub

22 Sentyabr 2017 09:36

Düşmən atəşkəsi 100 dəfədən çox pozub

22 Sentyabr 2017 09:34

Azərbaycan nefti cüzi bahalaşıb

22 Sentyabr 2017 09:32

Qızılın son

22 Sentyabr 2017 09:30

Nazirlik ötən gecə cəbhədə baş verənlərlə bağlı məlumat yaydı

22 Sentyabr 2017 09:28

VALYUTA MƏZƏNNƏLƏRİ

22 Sentyabr 2017 09:28

Ermənilər atəşkəs rejimini 128 dəfə pozub

22 Sentyabr 2017 09:27

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.09.2017)

22 Sentyabr 2017 09:27

Arda Turanın qışdan sonra oynayacağı klub: razılıq verildi

22 Sentyabr 2017 09:27

"Qarabağ"-"Roma" oyununa neçə min bilet satılıb? - RƏSMİ

22 Sentyabr 2017 09:19

"Brent"in qiyməti 56 dolları keçdi

22 Sentyabr 2017 09:18

Mübariz Qurbanlı Türkiyədə səfərdə olacaq

22 Sentyabr 2017 09:17

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (22.09.2017)

22 Sentyabr 2017 09:17

Neymar gecəni bu gözəllə keçirib - FOTOLAR

22 Sentyabr 2017 09:17

Günün məzənnəsi

22 Sentyabr 2017 09:17

Bakıda Avropa çempionatı başlayır

22 Sentyabr 2017 09:13

Azərbaycanda məşhur milyarderin şirkəti ləğv olunur

22 Sentyabr 2017 09:09

Pxenyan Trampı hidrogen bombasıyla hədələdi

22 Sentyabr 2017 09:08

"Aznar" ləğv olunur

22 Sentyabr 2017 09:08

Bakı Slavyan Universitetinin rektoru I kurslarla görüşdü

22 Sentyabr 2017 09:01

Rumıniya prezidenti Ukraynaya səfərini təxirə salıb

22 Sentyabr 2017 08:32

Yeni tüklü qarın şəklində çantalar istehsal olundu - FOTOLAR

22 Sentyabr 2017 08:18

Məhərrəm ayı başladı

22 Sentyabr 2017 08:14

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək

22 Sentyabr 2017 08:12

Avstriyada üzünü örtən şəxslər cəzalandırılacaq

22 Sentyabr 2017 08:09

Tramp və Ərdoğandan Kürd Muxtariyyətinə xəbərdarlıq

22 Sentyabr 2017 08:04

Özbəkistanın qaz emalı zavodunda üç nəfər ölüb

22 Sentyabr 2017 08:02

Azərbaycan Premyer Liqasında VI tura start veriləcək

22 Sentyabr 2017 07:47

Çilinin cənubunda sutka ərzində dördüncü kilsə yandırılıb

22 Sentyabr 2017 07:37

Tibb bacıları reanimasiyada yatan qocayla məzələndilər - FOTOVİDEO

22 Sentyabr 2017 07:28

ABŞ və Əfqanıstan razılığa gəliblər

22 Sentyabr 2017 07:09

Bakıda orta yaşlı kişini damda cərəyan vuraraq yerə çırpıb

22 Sentyabr 2017 06:52