"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Babalıyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlüSahil Babalıyev yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı, 1975-ci il təvəllüdlü Şəhla Babalıyevanı bıçaqlayıb. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən S.Babalıyev tutulub.