Azərbaycanda dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifdən 3 dəfə az olub

Azərbaycanda dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifdən 3 dəfə az olub
17:07 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102017511 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən "Report"a verilən məlumata görə, hərraca 4 investor 8 sifariş təqdim edib.
Sifarişlərin nominal üzrə ümumi məbləği 7 136 200 manat təşkil edib. Sifarişlər 91,3000 AZN (19,2159%)-93,3000 AZN (14,4812%) qiymət intervalında təqdim edilib. Hərracın yekununda bağlanılmış əqdlərin minimal qiyməti 91,3 manat (19,2159%), ortaölçülmüş qiyməti 92,1575 manat (17,1608%) olub.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 19.10.2016 (T+1) tarixində həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 7 136 200 AZN təşkil edib. İstiqrazların ödəmə tarixi 18 aprel 2017-ci ildir. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-dovlet-istiqrazlari-ile-bagli-herracda-teleb-teklifden-3-defe-az-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR