Məhəmməd jurnalistlərə külli miqdarda rüşvət verir

Məhəmməd jurnalistlərə külli miqdarda rüşvət verir
23:42 20 Oktyabr 2016
61 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə rejiminin 2-ci vəliəhdi şahzadə Məhəmməd bin Salman özü barəsində tərifdolu məqalə və yazı çap edən jurnalistlərin hər birinə 100 min dollar ödəyir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Human Rights Watch təşkilatının icraçı direktoru Kont Rut Twitter-dəki şəxsi səhifəsində bu mesajı paylaşıb: "Məhəmməd bin Salman onu tərifləyən məqalə dərc etdirən və proqram hazırlayan hər bir jurnalist və müxbirə 100 min dollar pul ödəyir".
 
Bir müddət əvvəl Səudiyyədə "Müctəhid" adı ilə yazan və bu ölkədə hökmranlıq edən sülalənin daxilindəki çaxnaşmaları ifşa edən fəal da, Səudiyyə rejiminin 2-ci vəliəhdi şahzadənin öz həqiqi simasının aşkarlanmaması üçün çox böyük pullar xərclədiyini bildirmişdi.
 
Səudiyyə rejiminin Suriya və Yəməndə insanlıqdan uzaq cinayətləri dünyada bu rejimin rəhbərliyinə qarşı kin və nifrət dalğasının getdikcə artmasına səbəb olmuşdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR