Azərbaycan Müdafiə Nazirliyi: Bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və heç bir itki verməyib

Azərbaycan Müdafiə Nazirliyi: Bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və heç bir itki verməyib
13:57 21 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin ittihamlarına münasibət bildirib.
“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, eməni tərəfinin Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumat həqiqətə uyğun deyil və növbəti dəfə qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlib.
“Bildiririk ki, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və heç bir itki verməyib. Hazırda bütün cəbhə xətti boyu əməliyyat şəraiti tam nəzarətimiz altındadır.
Düşmənin törədə biləcəyi istənilən təxribatın qarşısının alınması məqsədilə tərəfimizdən görüləcək cavab tədbirləri daha qətiyyətli və sərt olacaq”, - məlumatda bildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/mudafie-nazirliyi-bolmelerimiz-kesfiyyat-diversiya-fealiyyeti-heyata-kecirmeyib-ve-hec-bir-itki-ver

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR