“Barselona”da növbəti itki: Meydanı göz yaşları ilə xərəkdə tərk etdi - VİDEO - FOTO

“Barselona”da növbəti itki: Meydanı göz yaşları ilə xərəkdə tərk etdi - VİDEO - FOTO
21:17 22 Oktyabr 2016
102 İdman
Ölkə mətbuatı
A- A+

La Liqanın IX turunda səfərdə "Valensiya" ilə qarşılaşan "Barselona" ciddi itki ilə üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, oyunun 14-cü dəqiqəsində hesab 0:0 olarkən İnyesta zədələnib.
 
Enzo Pereslə mübarizədə yerə yıxılan yarımmüadfiəçiyə həkimlər yaxınlaşsa da, o, oyunu davam etdirə bilməyib.
 
Katalonların kapitanı meydanı xərəkdə, göz yaşları içində tərk edib.
 
Qeyd edək ki, "Barselona"nın bu matçdan öncə də itkiləri var idi. Arda Turan, Rafinya, Pike eyni səbəbdən qarşılaşmada iştirak etmir.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR