Bu ölkədə namaz qadağan edilib

Bu ölkədə namaz qadağan edilib
07:08 23 Oktyabr 2016
242 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyada ayrıca tikili məscidlərin sayı yox dərəcədə olduğundan, müsəlmanlar ibadətlərini binaların zirzəmisində yerinə yetirirlər.

Modern.az saytı xəbər verir ki, sputnik.az-ın məlumatına görə, İtalyanın paytaxtı Romada iki minə yaxın müsəlman, məscidlərin bağlanmasına etiraz edərək, şəhərin əsas tarixi məkanı olan “Kolizey” qarşısında camaat namazı qılıb.

Banqladeş əsilli İtaliya vətəndaşlarının təşkil etdiyi etiraz zamanı, polislə heç bir qarşıdurma yaşanmayıb. Müsəlmanlar mərkəzi hökumətin ibadət yerlərini bağlamasını insan haqlarına zərbə kimi dəyərləndirib. Qeyd edək ki, İtaliyada ayrıca tikili məscidlərin sayı yox dərəcədə olduğundan, müsəlmanlar ibadətlərini binaların zirzəmisində yerinə yetirirlər. Hökumət son olaraq, həmin zirzəmilərin də qapadılmasına qərar verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR