ABŞ İstanbulda terror təhlükəsi barədə xəbərdarlıq edib

ABŞ İstanbulda terror təhlükəsi barədə xəbərdarlıq edib
13:52 23 Oktyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ-ın Türkiyənin İstanbul şəhərindəki baş konsulluğu Amerika vətəndaşlarına mümkün terror və zorakılıq cəhdləri barədə xəbərdarlıq edib.
"Report"un "İnterfax"a istinadən verdiyi xəbərə görə, diplomatik nümayəndəliyin məlumatında bildirilir ki, amerikalılara hücum əvvəlcədən hazırlanmış və ya planlaşdırılmamış xarakter daşıya bilər. Konsulluğun məlumatına görə, bu, silahlı hücum, oğurlanma, partlayış və ya digər zorakılıq aktı ola bilər.
Məlumatda hansı kateqoriyalı amerikalıların hücum obyekti ola biləcəyi qeyd edilməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR