İnsanın xasiyyətinin onun sağlamlığına qoyduğu təsirlər

İnsanın xasiyyətinin onun sağlamlığına qoyduğu təsirlər
22:47 23 Oktyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni tədqiqatlar göstərir ki, şəxsiyyətinizin növünün, daha doğrusu xasiyyətlərinizin sağlamlığınıza təsirləri vardır. Stressə verdiyimiz reaksiyalar şəxsiyyətimizin bir xüsusiyyətlərindəndir ki, sağlamlığımıza təsirlər qoyur. Əgər xasiyyətiniz elədir ki, hər bir təzyiqi qəbul edə bilirsiniz, bu təzyiq sağlamlığınıza mənfi təsirlər qoyub, qan təzyiqinizi qaldıracaqdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, psixiloqlar insan şəxsiyyətini tədqiq edərək bu nəticəyə gəlib çatıblar ki, insanlar ya özünə qapalıdırlar, ya da ictimai və şaddırlar. Ya nikbindirlər, ya da bədbindirlər. Ya intellektualdırlar, ya da təəssübkeşdirlər.
Tədqiqatçıların nəzərinə görə, bu kimi xasiyyətlərin insanın immun sisteminə birbaşa təsiri vardır. Tədqiqatlar göstərmişdir ki, o kəslər ki, öz mənfi hiss və həyəcanlarını yatızdıra bilirlər, öz hiss və həyəcanlarını tez bir zamanda büruzə verən insanlardan fərqli olaraq, daha güclü immun sisteminə malikdirlər.
Həmçinin bədbinlik və mənfi baxışlara malik olmaq immun sistemini zəiflədən amillərdən hesab olunur. Əksinə, müsbət baxışlara malik olmaq insanın immun sistemini daha da gücləndirmişdir.
O kəslər ki, tez özlərindən çıxır, kin bəsləyir və həyat hadisələrinə sərt reaksiyalar verirlər - öz sağlamlıqlarına mənfi təsir qoyurlar.
O insanlar ki, özlərinə qapanıblar, belə düşünürlər ki, həyatlarını kontrol etmək qüdrətinə malik deyildirlər. Lakin əksinə, o kəslər ki, həyat hadisələrinə daha çox müqavimət göstərir və ictimaidirlər, belə düşünürlər ki, həyatlarını daha yaxşı tərəflərə doğru dəyişdirə bilərlər. Ona görə də bu insanlar streslə daha yaxşı mübarizə aparıb, ona qalib gələ bilirlər. Lakin əksinə, özünə qapalı olan insanların ictimai dəstəyi olmadığından və özlərini zəif hesab etdiklərinə görə daha çox stressə məruz qalırlar. Beləliklə də daha zəif immun sisteminə malik olurlar.
Bəs necə ola bilir ki, xasiyyət insanın sağlamlığına bu qədər təsir edə bilir? Tədqiqatçıların nəzərinə görə, insanların xasiyyətlərinin fərqli olması mühit hadisələrini tənzim etməkdə böyük rola malik olur. İnsanın xasiyyəti nəinki onun immun sisteminə, bəlkə dövrümüzün ən pis xəstəliyi olan xərçəngin yaranmasına da təsir edə bilir.
İnsan elə bir varlıqdır ki, özünün mənfi xasiyyətlərini təmrin edərək dəyişdirə bilər. Hamımız yaxşı bilirik ki, stress - bizi məhv edən amildir. Stress elə bir mənfi amildir ki, ürəyimizin, beynimizin sağlamlığını təsir altına sala bilir.
Tədqiqatlar göstərmişdir ki, xərçəng kimi ən ağır xəstəliklərə düçar olan xəstələr arasında o kəslərin ki, xasiyyətləri müsbətdir: nikbindirlər, müsbət həyəcana malikdirlər - bu xəstəlikdən xilas olmaq şansları daha çoxdur. Bu insanların immun sistemi başqaları ilə müqayisədə üç dəfə daha güclüdür.
Ona görə də əgər dünyaya olan baxışınızı dəyişsəniz və müsbət düşüncəli olsanız, immun sisteminiz daha güclü olar və siz daha sağlam olarsınız.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR