Toyda dava: kişi maşınla 4 nəfəri əzdi - FOTO

Toyda dava: kişi maşınla 4 nəfəri əzdi - FOTO
09:37 24 Oktyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə ötən gecə baş tutan toyda dava düşüb.

Milli.Az "Milliyet"ə istinadla xəbər verir ki, Kocaelidə şadlıq sarayında Ö.K. adlı şəxslə 4 nəfər arasında mübahisə yaranıb. O, salondan çıxaraq avtomobilinə minib. Salonun qarşısında mübahisə etdiyi şəxsləri görən Ö.K avtomobili onların üstünə sürüb. Nəticədə 4 nəfər yaralanıb. Ö.K isə maşından düşərək qaçıb.

Əraziyə polislər gəliblər. Yaralılar xəstəxanaya çatdırılıblar. Ö.K isə hələ tutulmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR