“Qızıl top” “Bavariya”nın futbolçusuna verildi

“Qızıl top” “Bavariya”nın futbolçusuna verildi
10:53 24 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya yığmasının və “Bavariya”nın futbolçusu Renato Sançeş “Golden Boy” (gənclər üçün “Qızıl top”) mükafatına layiq görülüb.

Publika.az xəbər verir ki, bu mükafat Avropanın ən yaxşı gənc futbolçusu (21 yaşa qədər) üçün təsis edilib. Renato Portuqaliya yığmasının heyətində bu il Avropa çempionu olub.

Jurnalistlər arasında keçirilən sorğuda o, “Mançester Yunayted”in futbolçusu Markus Reşfordu və həmklubu Kinqsli Komanı qabaqlayıb.

Portuqaliyalı futbolçular dəfələrlə bu mükafata sahib çıxıblar. Ötən il mükafatı “Mançester Yunayted”in hücumçusu Antoni Marsyal qazanmışdı.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/173279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR