Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov "Report"a bildirib ki, televiziya kanallarında əhalinin anoloq yayımın dayandırılacağı ilə bağlı məlumatlandırılması məqsədini daşıyan çarxların yayımı MTRŞ-nın tövsiyəsi ilə həyata keçirilir.
Onun sözlərinə görə, əhali tərəfindən MTRŞ-yə bu məsələ ilə bağlı hər hansı müraciət olmayıb.
Ümumiyyətlə, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq, bu il noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq. Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək. Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması xahiş olunub.