Çində baş vermiş partlayışda 10 nəfər ölüb

Çində baş vermiş partlayışda 10 nəfər ölüb
00:42 25 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Çinin mərkəzi hissəsindəki Şensi vilayətinin Yuylin şəhərindəki yaşayış binalarından birində baş vermiş partlayış zamanı 10 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 14:00-da baş vermiş hadisə zamanı 150 nəfər xəsarət alıb. Hadisənin başvermə səbəbləri araşdırılır. İlki məlumatda partlayış zamanı 7 nəfərin öldüyü bildirilirdi.
Partlayışın gücündən yaxınlıqdakı binalar, o cümlədən xəstəxana, avtomobillər ziyan çəkib. Hadisə yerinə 70 xilasedici cəlb edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR