Bakıda 74 yaşlı qadını avtomobil vuraraq öldürüb

Bakıda 74 yaşlı qadını avtomobil vuraraq öldürüb
10:47 27 Oktyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Yasamal rayonunda piyada keçidindən istifadə etməyən qadını avtomobil vuraraq öldürüb.
"Report"un xəbərinə görə, metronun Nizami stansiyası yaxınlığında, Cəfər Cabbarlı küçəsində 1942-ci il təvəllüdlü  Ruxsara Yusif qızı Məmmədova yolu keçmək istəyərkən onu avtomobil vurub. Nəticədə R.Məmmədova ağır bədən xəsarətləri alıb. Yol-nəqliyyat hadisəsini törədən sürücü xəsarət alan 74 yaşlı qadını 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və o, xəstəxanada ölüb. 
Faktla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-74-yasli-qadini-avtomobil-vuraraq-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR