Sorğu: Ermənistan əhalisi Rusiya və Gürcüstana daha mənfi münasibət göstərməyə başlayıb

Sorğu: Ermənistan əhalisi Rusiya və Gürcüstana daha mənfi münasibət göstərməyə başlayıb
10:52 27 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu il Ermənistanda əhali arasında Rusiya dostluğunun qəbulu göstəricisi 17 faiz bəndi azalaraq 69%-ə düşüb.
"Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (AİB) İnteqrasiya Araşdırmalar Mərkəzinin "AİB inteqrasiya barometri" adlı illik araşdırmasında deyilir.
Araşdırmada qeyd olunub ki, əvvəlki illərdə Ermənistanda bu göstərici çox yüksək olub. Məsələn, 2015-ci ildə bu göstərici 86%, 2014-cü ildə isə 87% təşkil edib.
"Görünür, burada 2015-2016-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsiylə bağlı Rusiyanın mövqeyindən narazılıq, eləcə də Rusiya şirkətləri tərəfindən təchiz edilən elektrik enerjisi qiymətlərinin əhəmiyyətli dərəcədə artması rol oynayıb", - sənəddə deyilir.
Eyni zamanda, Gürcüstanın dost ölkə kimi qəbulu göstrəricisi də iki dəfə azalıb: 27%-dən 13%-ə düşüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR