Rusiya: “Bütün kimyəvi silahlar məhv ediləcək”

Rusiya: “Bütün kimyəvi silahlar məhv ediləcək”
16:05 27 Oktyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya 2017-ci ilin sonuna qədər bütün kimyəvi silahları məhv etməyi planlaşdırır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Kimyəvi silahların təhlükəsizliyi və məhv edilməsi üzrə Federal Xidmətin rəhbəri Valeri Kapaşin deyib.
 
Onun sözlərinə görə, bununla bağlı müvafiq qərar verilib və gələn ilin sonuna qədər proses yekunlaşacaq.
 
Xatırladaq ki, Rusiya 1997-ci ildə BMT-nin Kimyəvi Silahlar Konvensiyasına qoşulub və Sovet dövründən qalma bütün kimyəvi silahların məhv edilməsinə başlanılıb. 1990-cı illərdə 39.967 ton kimyəvi silah olduğunu açıqlayan Moskva indiyə qədər bu silahların 90 faizini məhv edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR