Türkiyə Rusiyadan əlavə qaz sifariş edib

Türkiyə Rusiyadan əlavə qaz sifariş edib
16:02 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Rəsmi Ankara Rusiyanın “Qazprom” şirkətinə Türkiyəyə nəql olunan qazın həcminin artırılması ilə bağlı müraciət edib.
“Report”un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb İrandan Türkiyəyə çəkilən boru kəmərində baş verən partlayışa görə İran qazının nəqlinin dayandırılmasıdır.
Rusiya şirkətinin məlumatına görə, Türkiyə tərəfinin bu günə sifarişi 9,3% artaraq 82,1 mln. kubmetr olub.
Qeyd edək ki, Türkiyə ötən il “Qazprom”dan 27 mlrd. kubmetr qaz idxal edib, bu il isə 24,5 mlrd. kubmetr qaz nəqli nəzərdə tutulur. “Qazprom”un sədr müavini Aleksandr Medvedyev bildirib ki, Türkiyəyə 2017-ci ildə 25,1 mlrd. kubmetr həcmində qazın  ixracı nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/turkiye-rusiyadan-elave-qaz-sifaris-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR