Misirin Mədəniyyət Mərkəzi ilə BDU-nun Jurnalistika fakültəsi arasında əməkdaşlıq imkanları müzakirə olunub

Misirin Mədəniyyət Mərkəzi ilə BDU-nun Jurnalistika fakültəsi arasında əməkdaşlıq imkanları müzakirə olunub
04:12 29 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və mərkəzin əməkdaşları Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında olublar.
Misir Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, kafedra müdiri, professor Həmid Vəliyev kafedranın yaranma tarixi, fəaliyyət istiqamətləri, tədris edilən fənlər barədə məlumat verib.
Görüşdə Misirin jurnalistika təhsili verən fakültələrinin, media qurumlarının Beynəlxalq jurnalistika kafedrası ilə əlaqələrinin yaradılması, kafedranın Misir mətbuatı ilə bağlı “Yeni dünya jurnalistikası” və “Xarici ölkələrin jurnalistika tarixi” kursuna daxil olan mövzular üzrə misirli mütəxəssislərin mühazirələrinin təşkili kimi məsələlər müzakirə edilib.
Əhməd Sami Elaydi isə Beynəlxalq jurnalistika kafedrası ilə əməkdaşlıq əlaqələrinin uğurlu olacağına əminliyini ifadə deyib. O, qeyd edib ki, səfirlik jurnalistika fakültəsi tələbləri üçün ərəb dili kurslarının təşkili, səfirlik və Misir Mədəniyyət Mərkəzində istehsalat təcrübələrində iştiraklarının təmin edilməsi, bu ölkənin mətbuatı ilə bağlı tədqiqat aparan beynəlxalq jurnalistika kafedrası müəllimləri, magistrantları və doktorantlarının ədəbiyyat da digər vəsaitlərlə təmini, o cümlədən təcrübə mübadiləsi istiqamətində dəstək vermək niyyətindədir.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb.
Həmçinin Xəzər Universitetinin "Dünya məktəbi"nin müəllim və şagirdləri Misir Mədəniyyət Mərkəzini ziyarət ediblər. Görüş zamanı Misir Mədəniyyət Mərkəzi və "Dünya məktəbi" arasında əməkdaşlıq barədə, "Dünya məktəbində" şagirdlərin Misir uşaq ədəbiyyatı ilə yaxından tanış olmaları üçün bədii qiraət saatlarının, eləcə də Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi tərəfindən uşaqlar və müəllimlər üçün ərəb dili kurslarının təşkil olunması barədə təkliflərin müzakirəsi aparılılıb.


Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/misirin-medeniyyet-merkezi-ile-bdu-nun-jurnalistika-fakultesi-arasinda-emekdasliq-imkanlari-muzakir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR