Kabildə partlayış nəticəsində beş nəfər yaralanıb

Kabildə partlayış nəticəsində beş nəfər yaralanıb
11:02 29 Oktyabr 2016
13 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ Kabildə baş verən partlayış nəticəsində iki hərbçi yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, insident cümə günü gecə saatlarında baş verib.
Partlayıcı qurğu Əfqanıstan Silahlı Qüvvələrinə məxsus avtomobilə yerləşdirilib.
İlkin məlumatlara görə, üç dinc sakin də partlayış nəticəsində yaralanıb.
Hələlik ölkədə fəaliyyət göstərən ekstremist qruplardan heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR