Samuxda 20 baş qoyun, 8 baş inək oğurlayan dəstə üzvləri tutulub

Samuxda 20 baş qoyun, 8 baş inək oğurlayan dəstə üzvləri tutulub
12:12 29 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ Samux rayonunda oğurluqla məşğul olan dəstə tutulub. "Report"un məlumatına görə, oktyabrın 9-dan 20-dək olan müddətdə rayon sakinləri olan 5 nəfərə məxsus ümumilikdə 4 baş inək və 4 baş qoyun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kolayır kənd sakinləri Vasif Rəhimov, İsa Muxtarov və Şahin Mirzəyev tutulublar.
Oğurluqla məşğul olan dəstənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların cari ilin avqust-oktyabr aylarında daha 7 rayon sakininə məxsus ümumilikdə 16 baş qoyun və 4 baş inək oğurlamaları da müəyyən edilib. Dəstə üzvləri  bu il ümumilikdə  rayonun 13 sakininə məxsus 20 baş qoyun, 8 baş inək oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/samuxda-20-bas-qoyun-8-bas-inek-ogurlayan-deste-uzvleri-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR