Əlinizi çimdikləyəndə bu, baş verirsə, deməli... - FOTO

Əlinizi çimdikləyəndə bu, baş verirsə, deməli... - FOTO
07:12 31 Oktyabr 2016
333 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünya əhalisinin yarısından çoxu özünün də xəbəri olmadan bədəni susuz qalır. Susuzluq, müxtəlif sağlamlıq problemlərinə gətirib çıxarır. Bəs orqanizmin susuz qaldığı necə başa düşmək olar?

Milli.Az publika.az-a istinadən orqanizminizin susuz qaldığını göstərən başlıca əlamətləri təqdim edir.

Susuzluq hissi

Ağız quruluğu
Yorğunluq
Narahatlıq və həssaslıq
Tünd sarı rəngli sidik
Dəridə quruluq
Qəbizlik
Huşunu itirmək
Baş ağrısı
Ağız qoxusu
Şirniyyat istəyi
Əzələ ağrıları
Sürətli ürək döyüntüsü
Sürətlə nəfəs alıb-vermək
Ətrafa boş-boş baxmaq
Aşağı təzyiq
Dəridə həddən artıq quruluq və çatlar
Şiddətli baş ağrısı
Çox tünd rəng sidik və ya sidikdən çox pis qoxu gəlməsi
İsti havalarda da tərləməmək

Əlinizin üstünü çimdikləyin. Dəriniz dərhal əvvəlki halına qayıdırsa, bədəniniz susuz deyil. Dəriniz bir müddət o şəkildə qalırsa, deməli, orqanizmin suya ehtiyacı var.

Gündə nə qədər su içilməlidir? (Çəkiyə görə suyun miqdarı)

9 kq: 0.25 litr
18 kq: 0.5 litr
27 kq: 0.75 litr
36 kq: 1 litr
45 kq: 1.25 litr
54 kq: 1.5 litr
63 kq: 1.75 litr
72 kq: 2 litr
81 kq: 2.25 litr
90 kq: 2.5 litr
99 kq: 2.75 litr
108 kq: 3 litr
117 kq: 3.25 litr

İnsan vücudunun 60-80 faizi sudan ibartədir. Kifayət qədər su içməyəndə qanda suyun miqdarı 8 faiz azalır. Bu, damarlarımız daralmasına, qan laxtalanmasına və yüksək təzyiqə səbəb olur. Ürək xəstəlikləri və infarkt riskini artırır. Hüceyrələr arası boşluqlarda 26 faizə qədər su azalır. Bu, turşu səviyyəsində artıma, böyrək daşlarına, sümüklərin əriməsinə və immunitet sisteminin zəifləməsinə gətirib çıxarır.

Hüceyrələrdə də suyun miqdarı normadan 66 faiz aşağı düşür. Bu isə yüksək xolesterin, zəif metabolizm və dərinin tez qocalmasına səbəb olur. Susuz qalan hüceyrələr yağı effektiv şəkildə yandıra bilməyəcək. Bu halda köklük qaçılmaz hal alır.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/484390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR