"Azərbaycan və Dağıstan ticarət və kənd təsərrüfatı sahələrində bir sıra layihələr həyata keçirmək barədə razılığa gəliblər".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dağıstan prezidenti Ramazan Abdulatipov "Dağıstanın qızıl payızı" adlı aqrar forumda deyib.

Dövlət başçısı qeyd edib: "Azərbaycan tərəfi ilə gələn ilin martına Xaçmazda Dağıstan məhsullarının satılacağı iri mağazanın, eləcə də Dərbənddə bu cür mağazanın açılması ilə bağlı razılıq var".

Milli.Az