UEFA-dan Əliyar Ağayevə daha bir təyinat

UEFA-dan Əliyar Ağayevə daha bir təyinat
12:17 1 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.

 

Fanat.Az xəbər verir ki, UEFA onu 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində noyabrın 13-də Nikosiya şəhərində keçiriləcək Cənubi Kipr - Cəbəllütariq qarşılaşmasına təyin edib.


Əliyar Ağayevə bu matçda Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-uefa-dan-liyar-aayev-daha-bir-tyinat-t53805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR