İŞİD lideri: "Mosulda qalın"

İŞİD lideri: "Mosulda qalın"
08:42 3 Noyabr 2016
78 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi silahlıları Mosulu müdafiə etməyə çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, oktyabrın 17-də İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatı başlayandan sonra Əl-Bağdadin silahlılara ünvanlandığı ilk audioyazıdır.   
 
İŞİD başçısı tabeliyində olan döyüşçüləri şəhəri tərk etməməyə çağırıb. Bununla belə, onun hazırda Mosulda olub-olmaması məlum deyil.
 
Qeyd edək ki, ötən gün  Britaniyanın "İndependent" qəzeti Əl-Bağdadinin Mosulda olduğu barədə məlumat yayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR