Zaqatala rayonunda 16 yaşlı qızı avtomobil vurub.
Milli.Az "Report"a istinadən bildirir ki,hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci kilometrliyində baş verib.
1984-cü il təvəllüdlü Vüsal Vidadi oğlu Qurbanov idarə etdiyi "VAZ-21 154" markalı avtomobillə Balakəndən Zaqatala istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən rayonun Taxtalar kənd sakini 2000-ci il təvəllüdlü Ayşat Mikayıl qızı Qazıyevanı vurub. Ağır bədən xəsarətləri alan 16 yaşlı qız dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan "Report"a verilən məlumata görə, Ayşat Qazıyevaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Milli.Az