Azərbaycan və Macarıstan İKT sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan və Macarıstan İKT sahəsində əməkdaşlıq edə bilər
08:05 7 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Macarıstanın "DBH Group" şirkəti ilə Azərbaycanın "Yüksək texnologiyalar parkı" MMC-nin əməkdaşlığı məsələsi iki ölkənin hökumətləri səviyyəsində nəzərdən keçirilir. Milli.Az bildirir ki, bu açıqlamanı Trend-ə müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski verib.

Səfirin sözlərinə görə, bu şirkətlər 2014-2015-ci illərdə müvəffəqiyyətlə əməkdaşlıq ediblər: "Birgə səylər nəticəsində Macarıstan xarici işlər və xarici ticarət nazirliyi ilə Azərbaycan rabitə və yüksək texnologiyalar nazirliyi arasında memorandum imzalanıb."

Memoranduma uyğun olaraq tərəflər vençur maliyyələşdirməsi, birgə investisiya imkanlarının yaradılması, perspektivli startap layihələrin maliyyələşdirilməsi və yüksək texnologiya məhsullarının birgə istehsalı sahələrində əməkdaşlıq edəcək.

Əldə olunan razılaşmalar Azərbaycan şirkətlərinin Avropa bazarına və Avropa şirkətlərinin Azərbaycan bazarına inteqrasiyasına yol açacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/486913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR