Goranboyda DƏHŞƏTLİ QƏZA: Ölən var

Goranboyda DƏHŞƏTLİ QƏZA: Ölən var
14:47 7 Noyabr 2016
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az report-a istinadən bildirir ki, Yevlax rayon sakini Emil Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və qarşıda hərəkətdə olan Goranboy rayon sakini Camal Hacıyevin idarə etdiyi "VAZ-21063" markalı avtomobillə toqquşub.

Daha sonra zərbənin gücündən yolun hərəkət hissəsindən çıxan "Mercedes" markalı avtomobil əks tərəfdə hərəkətdə olan, Bərdə rayon sakini Telman Hüseynovun idarə etdiyi traktora çırpılıb. 
Nəticədə "Mercedes"in sürücüsü E.Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR