Bakı. 10 noyabr. REPORT.AZ/ "Rusiya ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın komandasının təmsilçiləri ilə seçkiqabağı kampaniyanın gedişində təmasda olub”.
“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İnterfax”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu təması seçkidən sonra da davam etdirəcəklər.
“Belə təmasları fəallaşdırmağı planlaşdırırsınızmı” sualına cavabında deyib: “Bu işgüzar əlaqədir. Onun davam etdirilməsi şəraitdən və qarşımızda duran məsələlərdən asılıdır. Təbii ki, bu işimizi seçkidən sonra da davam etdirəcəyik”, - deyə nazir müavini söyləyib.