Göygöldə 32 yaşlı gənc bıçaqlanıb

Göygöldə 32 yaşlı gənc bıçaqlanıb
23:47 10 Noyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl. 10 noyabr. REPORT.AZ/ Göygöl rayonunun Xaqani kəndində bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü kənd sakini Məmmədov Vüsal Eldar oğlu qarın nahiyəsindən bıçaqlanıb.
Yaralı öz yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.
Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goygolde-32-yasli-genc-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR